2017-ci ilin iyul ayında Azərbaycandan Gürcüstana 1,1 milyon dollar pul köçürülməsi həyata keçirilib.
APA-nın yerli bürosunun Gürcüstan Milli Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq göstəricisindən 6,7 faiz çoxdur.
Gürcüstandan Azərbaycana isə iyul ayında 677 min dollar pul köçürülüb.
Ötən ay Gürcüstana xarici ölkələrdən ümumilikdə 120,9 milyon dollar pul köçürülüb. Bu da ötən ilin eyni göstəricisindən 20,1 faiz çoxdur. Pul köçürmələrinin həcminə görə Rusiya (43,1 milyon dollar) birincidir, növbəti yerlər isə ABŞ (12,7 milyon dollar) və İtaliya (12,1 milyon dollar) bölüşür.