Son vaxtlar baş verən proseslərə baxmayaraq OPEK-in təşkilatının neft bazarına təsiri hələ də qalır.

Fins.az-ın məlumatına görə, bu barədə BP-nin baş iqtisadçısı Spenser Deyl bildirib. Onun sözlərinə görə, hazırda dünyada neft hasilatının 40%-dən böyük hissəsi, neft ehtiyatlarının isə 70%-i bu təşkilatın payına düşür: «Ona görə də, OPEK-in qərarları bazara çox təsir edəcək».

Bununla yanaşı, BP nümaynədəsi OPEK-in daha təkmil qərarlar verəcəyini gözləyir: «İstərdim ki, OPEK üzvlərinin gələcək davranışı indikindən fərqli olsun».