Məsələyə dair məlumatlı mənbələrin verdiyi məlumata görə, OPEC və təşkilata üzv olmayan digər ölkələr qlobal neft ehtiyatlarını 5 illik ortalamadan aşağı salmaq hədəflərinə demək olar ki, çatıblar. Bu barədə qənaətə yaradılmış Birgə Texniki Komitə gəlib. 
Marja” Bloomberg-ə istinadən xəbər verir ki, Birgə Texniki Heyətin Cümə axşamı günü Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərin gizli qalmasının vacibliyi səbəbilə mənbələr ad vermək istəməyiblər. Mənbələrə görə, istehsalçıların hasilatın azaldılması məsələsində daha çox əməkdaşlıq etməsi və neft məhsullarına yay aylarında təlabatın artması ilə ikinci rübdə qiymətlərin yüksək qalacaqdır.

 

Bu gün Brent neftinin qiyməti 74 dolları keçib.

 

Qeyd edək ki, OPEC və tərəfdaşları (Rusiya, Azərbaycan və s) izafi qlobal təklifi azaltmaq və qiymətləri yüksəltmək üçün hasilatlarını aşağı salıblar.