OPEC təşkilatı 2017-ci ilin IV rübündə ABŞ-ın neft hasilatçıları ilə bazardakı vəziyyəti müzakirə etmək üçün görüşə bilər. “Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.
M.Barkindo qeyd edib ki, ilk dəfə OPEC tarixində ABŞ neft hasilatçıları ilə dialoqa başlayıb: “Biz onlara əlimizi uzatmışıq. Onlar da bizi qəbul edib dialoqa başlamağa çağırıblar. Son rübdə dialoqun davam edəcəyini düşünürəm”.
OPEC rəsmisi zamanla ABŞ neft hasilatçılarının da neft bazarının sabitləşməsi üçün OPEC+ anlaşmasına qoşulacağına ümid etdiyini bildirib. Belə ki, ABŞ-da artan neft hasilatı OPEC atdığı bütün addımları nəticəsiz qoyur.