31.10.2018-ci il tarixində banklarda fiziki şəxslərin əmanətləri (əhalinin əmanətləri) 8 milyard 57.9 milyon manat təşkil edib.

 

Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda əmanətlər 57 milyon manat azalıb.

 

Oktyabrda müddətli əmanətlər 5 milyard 548.1 milyon manatdan 5 milyard 486.8 milyon manata düşüb (61,3 milyon manat azalma), tələbli əmanətlər isə 2 milyard 566.8 milyon manatdan 2 milyard 571.1 milyon manata yüksəlib (4,3 milyon manat artım).

 

Sentyabr ayının sonu ilə müqayisədə oktyabrda hüquqi şəxslərin depozitləri 356 milyon manat artaraq 10 milyard 490.4 milyon manata çatıb. Depozitlərin 1 milyard 865.1 milyon manatı müddətli, 8 milyard 625.3 milyon manatı tələbli olub. Müddətli depozitlərin 82.2 milyon manatını sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri təşkil edib. Oktyabrda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 2 milyon manat azalıb.