ABŞ xam neft ehtiyatlarının qiymətinin gözlənilmədən düşməsi çərşənbə günü neftin qiymətinin bir az artmasına kömək edir (West Texas İntermediate-in qiyməti 69 sent artaraq 36,77 dollar təşkil edib). Buna baxmayaraq, neft qiymətləri ümumilikdə son 10 il ərzindəki ən aşağı səviyyədədir. Bunun isə bir neçə səbəbi var ki, bunlara dolların mübadilə məzənnəsinin yüksək olması və qlobal təlabatın azalması daxildir.
Neft qiyməti son 10 ildə bu qədər aşağı səviyyədə olmayıb. ABŞ-da benzinin bir litri orta hesabla 53 sent təşkil edir və bu sürücülər üçün erkən yeni il hədiyyəsidir.
Bu ABŞ iqtisadiyyatına 115 milyard dollarlıq xeyir gətirir. Başqa sözlə hər bir sürücü ildə 555 dollar qənaət edir. Triple-A sözçüsü Robert Sinclair bildirir: “Yadımdadır ki, bri il əvvəl mən bakı doldurmaq üçün 50 dolla xərcləyirdim, indi isə bu, 36-38 dollara başa gəlir”.
Onun sözlərinə görə, qlobal miqyasda təlabat azalarsa, istehsalçı ölkələr isə hədindən artıq istehsal edirlərsə, qiymətin düşməsi qaçılmaz olur. Xam neftin qiyməti gələn aylar ərzində isə daha da azalacaq, yəni gələn ay ərzində benzinin qiyməti daha da 25-30 sent düşə bilər.
İqtisadçı Fred Berqstenin sözlərinə görə, neft istehsal edən ölkələr neftin qiymətinin düşməsindəm heç nə qazanmayıb:“Ruslar uduzur, səudiyyəlilər uduzur, venezuellalılar uduzur, ABŞ-da şist neft istehsalçıları uduzur, amma bu təkcə istehlakçı qiymətlərinin düşməsinin nəticəsi deyil. 5-10 il bundan öncə neft qiymətləri çox yüksək olanda, Putin yuxarıdan gedirdi. Amma indi ki neft qiymətləri belə düşüb, o əhalinin diqqətini zəif iqtisadi şərtlərdən yayındırmaq üçün xarici sərgüzəştlər başladı – ilk Ukrayna, indi usə Suriya”.
Buna səbəb isə odur ki, məhsulların əksəriyyətinin qiyməti ABŞ dollarında göstərilir və bəziləri neft qiymətinin düşməsinin səbəbini dolların mübadilə məzənnəsinin yüksək olmasında görür. Lakin Nyu-Yorklu təhlilçi Peter Cardill bunun səbəbini tələbat və təkliflə izah edir: “Qlobal miqyasda təlabat azalırsa, istehsalçı ölkələr isə həddindən artıq istehsal edirlərsə, qiymətin düşməsi qaçılmaz olur. Hazırda da baş verən elə budur”.
Bunlara baxmayaraq, bu qiymətlərin düşməsinin ciddi geosiyasi nəticələri var. Bergsten deyir ki, bunları biri elə Rusiyadır.
Neft qiymətlərinin yaxın gələcəkdə artacağı gözlənilmir. Dünya Bankı və Beynəlxalq Maliyyə Fonduna əsasən əksinə, qiymətlər daha da düşəcək və 2016-cı ildə hətta bir bareli 20 dollar təşkil edəcək.
“Amerikanın səsi”