Neftin sürətli ucuzlaşması Kanadada intiharların kəskin artımına yol açıb. Fins.az xəbər verir ki, təkcə ölkənin Alberta vilayətində yanvar-iyun aylarında intihar hadislərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30% artıb. Energetika sektonun önəmli rol oynadığı Saskaçevan vilayətində isə “qara qızıl”ın ucuzlaşması iqtisadi çətinliklərə və özünə qəsd hallarının 19% artmasına səbəb olub. Kanada klinikaları isə neft sənayesində çalışan 20-50 yaş arasında kişilərin psixoloji yardım üçün müraciətlərinin kəskin artdığını qeydə alıb. Rəsmi məlumatlar ölkədə intihar edən şəxslərin 3/4-nün 55 yaşdan aşağı kişilər olduğunu bildirir.

Mənbə: Modern.az