CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 46,78 dollar/barel təşkil edib ki, bu da avqustun 19-na olan göstəricidən 0,95 dollar/barel azdır. Bunu ölkənin neft-qaz bazarındakı mənbə deyib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azeri Light-ın qiyməti sentyabrın 20-də 45,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 20-də 42,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti sentyabrın 20-də 45,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.
Trend