Rusiyanın, Səudiyyə Ərəbistanının tələb etdiyi həcmdə hasilat azaltmasına getməkdən imtina etməsinin ardından OPEC danışıqları nəticəsiz başa çatıb. Bununla əlaqədar olaraq neft qiymətləri düşüb.
Marja” xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata üzv olmayan tərəfdaşları bu gün də iclas keçirəcəklər. Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Vyanada verdiyi açıqlamada, bu gün bir razılaşmanın çıxıb-çıxmayacağına əmin olmadığını deyib.

 

Qrupun hasilatın gündəlik 1 milyon barrel azaldılmasına dair təklifi qeyri-müəyyənlikdə qalıb.
ABŞ-ın İrana sanksiya tətbiq etməsinə qarşı bəzi ölkələrə bu ölkədən neft idxalı üçün imtiyaz verməsi və eyni zamanda ABŞ-da ehtiyatların və istehsalın artması ilə əlaqədar olaraq neft qiymətləri Oktyabr ayında gördüyü 4 ilin ən yüksək səviyyəsindən 30 faiz düşüb.

 

Səudiyyə Ərəbistanının energetika naziri hasilatın gündəlik 1 milyon barel azaldılmasının bazarı sabitləşdirəcəyini deyib. Digər ölkələr bu fikir ilə razılaşmırlar.
Analitiklər bildirirlər ki, OPEC və OPEC-ə üzv olmayan ölkələr hasilatın gündəlik ən azı 1 milyon barrel azaldılması məsələsində razılığa gəlməməsi halında, xüsusilə 2019-un ilk rübündə təklif artıqlığı narahatlıqları davam edəcəkdir. Belə olan halda neft qiymətləri daha da düşə bilər.
Qərbi Texas nefti (WTI) 51.09 dollara, Brent nefti  59.49 dollara enib. Bu gün neft qiymətləri 1%-ə yaxın düşüb.