Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol, qlobal iqtisadiyyatın sağlamlığının bir təşviş yaratmadığı şəraitdə neft qiymətlərinin dibi görmüş ola biləcəyini söyləyib.

Birol, OPEC üzvü olmayan istehsalçıların hasilatlarının bu il 700 min barel/gündən artıq azalmasının və Nigeriya ilə Küveytin istehsalındakı ləngimələrin son günlər neft qiymətlərinin qalxmasına təsir göstərdiyini bildirib.

Fatih Birol, neft qiymətlərinin dibi görüb-görmədiyi barədə suala, “Qiymətlər dibi görmüş ola bilər, bu qlobal iqtisadiyyatın necə inkişaf edəcəyinə bağlıdır. Normal iqtisadi şəraitdə qiymətlərdəki hərəkətin bundan sonra aşağı istiqamətli olmaqdan çox yuxarı istiqamətli olacağını gözləyirik” cavabını verib.

Birol həmçinin, normal iqtisadi şərtlər altında, bu ilin ikinci yarısında olmasa da, 2017-ci ildə bazarların yenidən balanslaşacağını gözlədiyini də ifadə edib.

Marja.az