Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih hasilatın azaldılmasını gözləniləndən daha az təklifi edib.

 

Marja” xəbər verir ki, bundan sonra neft qiymətləri 3%-dən çox düşüb. Brent neftin barrel qiyməti 3.3% düşərək 59.32 dolları, Qərbi Texas neftinin (WTI) qiyməti də 3.1% düşərək 50.93 dolları görüb.
Xalid əl-Falih  jurnalistlərə verdiyi açıqlamada hasilatın azaldılmasının gündəlik 1 milyon barel olmasının yetərli olacağını deyib. Bazar azaltmanın 1,3 milyon barel olacağını gözləyirdi.

 

Ötən həftənin sonu, Rusiya Prezidenti Vladimir Putinin və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın neft bazarını idarə etməyə yönəlmiş müqaviləni (hasilatın azaldılması müqaviləsi) 2019-cu ilədək uzatmağa razı olduqları bildirilmişdi. Bu xəbərdən sonra neft qiymətləri bir qədər yüksəlmişdi.

 

Qeyd edək ki, bu gün OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatın azaldılmasını müzakirə edəcəklər.