Dünyanın ən böyük 12 neft şirkəti yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə ələaqədar olaraq 2020-ci ilin ilk rübündə 20 milyard dollardan çox zərər ediblər.

Koronavirus ilə əlaqədar olaraq dünyada neft istehlakı sürətlə zəifləyib və neft qiymətləri kəksin düşüb.

Marja xəbər verir ki, 12 neft şirkətinin balanslarından yığılan məlumatlara görə, ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger, Baker Hughes, Royal Dutch Shell, BP, Total, Eni, Rosneft və Equinor-ın cəmi zərəri ilk rübdə 20,6 milyard dollar təşkil edib. Bu şirkətlər keçən ilin ilk üç ayında 23,4 milyard dollar xalis mənfəət əldə etmişdilər.

İlk rübdə bu şirkətlərin cəmi gəliri 53,5 milyard dollar (17%) azalaraq 262 milyard dollara geriləyib. Şirkətlər, keçən ilin yanvar-mart dövründə 315,5 milyard dollar gəlir əldə etmişdilər.