Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə “Marja”ya Fonddan bildirilib.

 

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində 654,85 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda vəsait satışı 115.04 milyon dollar və ya 17,6% azalıb.

 

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618 milyon 950 min ABŞ dolları, avqust ayı ərzində 815,4 milyon ABŞ dolları, iyul ayı ərzində 434,9 milyon ABŞ dolları, iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları, may ayı ərzində 352,4 milyon ABŞ dolları, aprel ayı ərzində 423,7 milyon ABŞ dolları, mart ayı ərzində 600,5 milyon ABŞ dolları, fevral ayı ərzində 316,2 milyon ABŞ dolları, yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.