Zəif dolların əmtəə qiymətlərini dəstəkləməsi ilə neft də bahalaşıb.
Xam neft, ABŞ Dollarının ardıcıl üçüncü gün ucuzlaşması və bunun əmtəənin cazibəsini artırması ilə yüksəlib.
Bazar ertəsi günü Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al-Falih və Rus həmkarı, etdikləri birgə bəyanatda bazarı sabitləşdirmək üçün konkret addımlar atılacağını bildirmişdilər.
Digər tərəffən proqnozlar, ABŞ-da xam neft ehtiyatlarında üçüncü həftədə da artım olacağı istiqamətindədir.
Neft, OPEC üzvləri və digər istehsalçıların Əlcəzairdə bu ay keçiriləcək qeyri-rəsmi toplantıda istehsalı dondurmaq barədə razılaşacaqlarının gözlənməsilə Avqust ayında bahalaşıb.
Analitik Angus Nicholson, “Neft, əyani bir şəkildə zəif dollardan dəstək alır. Amma başqa bir çox şeylər var. Bazarda diqqətlər OPEC razılaşması ilə bağlı olaraq nə olacağı üzərindədir” deyib.
Londonda Brent nefti 32 cent artaraq barreli 47.58 dollara qalxıb.
marja.az