11 ilin ən aşağı səviyyələrinə geriləyən neft qiymətləri ilə bağlı OPEC-dən açıqlama verilib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Abdulla əl-Bədri, neft qiymətlərinin hazırkı aşağı axarının belə davam etməyəcəyini, bir neçə ay və ya bir il içində dəyişəcəyini söyləyib.
Yeni Dehlidə çıxış etmiş Abdulla əl-Bədri, OPEC-in ağlabatan və ədalətli qiymətlər istədiyini, ABŞ-dakı neft ixracı qadağasının götürülməsinin qiymətlərə təsir göstərməyəcəyini bildirib.
Brent nefti 36 dollarla 2004-dən bəri ən aşağı səviyyəyə geriləmişdi.(Marja.az)