Manatın devalvasiyası Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının və 2016-cı ildə keçiriləcək “Formula-1” yarışmasının büdcəsinə heç bir təsir göstərməyib. “Report” xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimovdeyib.
Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub: “Hər iki yarışmanın idmançıları yarışlarda öz hesabına iştirak edəcək”.