Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib. 

 

Hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:

 

“Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.

 

Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib.

 

“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.

 

Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb.

 

© Oxu