“Motorola” şirkəti ekranı mexaniki zədələnmədən sonra özü-özünə bərpa oluna bilən smartfon patentləşdirib.

İKT.lent.az-ın “SlashGear” saytına istinadən verdiyi məlumata görə, cihaz özü-özünə smartfonun ekranında mexaniki zədələnməni müəyyən edəcək və bu barədə istifadəçiyə xəbər verəcək. Bundan başqa, smartfonun sahibi özü smartfonun hansı yerində baş vermiş zədəni aradan qaldırmaq lazım olduğunu qeyd edə bilər.

Zədənin təmiri smartfondan ayrılan istiliklə həyata keçirilir. Ancaq bu texnologiya yalnız kiçik cızıqları və müəyyən qüsurları aradan qaldırmağa imkan verir. Ciddi şəkildə zədələnmiş ekranı smartfon özü bərpa edə bilməyəcək.