Yeni ticarət mərkəzlərinin tikintisi 2023-2024-cü ilə qədər təxirə salınıb

Beynəlxalq pərakəndə satıcıların mağazalarının bağlanması ilə əlaqədar Moskva ticarət mərkəzlərində boş yerlərin həcmi 2022-ci ilin sonuna qədər hazırkı 11,3%-dən 15-20%-ə qədər arta bilər.

Marja xəbər verir ki, bu cür məlumatlar CORE.XP konsaltinq şirkətinin araşdırmasında bildirilir.

“IKEA-nın Rusiyadan getməsi, eləcə də Inditex və H&M qrupları tərəfindən pərakəndə satış məntəqələrinin optimallaşdırılması proqramı üçüncü rübdə ticarət mərkəzlərində boş yerlərin artmasına səbəb olur. İlin sonuna qədər əmsal 15-20%-ə qədər arta bilər”. – Araşdırmada  deyilir.

“Yeni ticarət mərkəzlərinin tikintisi 2023-2024-cü ilə qədər təxirə salınıb”, araşdırmada qeyd olunur.