Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər gecə saatlarında bankomatı partladaraq pulları oğurlayıb.
Trend-in məlumaıtna görə, “Alfa bank”a məxsus bankomat qaz balonunun köməyi ilə partladılıb.
Hazırda hüquq-mühafizə orqanlar həmin şəxslərin axtarışlarını davam etdirir.
Oğurlanan vəsaitin və dəyən ümumi ziyanın məbləği hələlik açıqlanmır.