Moskvada 600 avtobus dayanacağında pulsuz “Wi-Fi” şəbəkəsi quraşdırılıb.

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, dayanacaqlar sərnişin sıxlığına görə seçilib.

Bildirilib ki, şəhərin “Wi-Fi” şəbəkəsində 4,4 milyon nəfər qeydiyyatdan keçib. Onlar gün ərzində orta hesabla 1000 dəfə internetə daxil olurlar. Şəbəkəyə qoşulmaq üçün cəmi bircə dəfə qeydiyyatdan keçmək kifayətdir.