“Moody’s” beynəlxalq reytinq agentliyi koronavirusun Çin iqtisadiyyatına təsirini nəzərə alaraq bu ölkənin iqtisadi artım proqnozunu azaldıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, agentlik 2020-ci ildə Çində ÜDM-in 5,2% artacağını gözləyir. Bundan əvvəl isə proqnoz 5,8% idi.
“Moody’s” hesab edir ki, koronavirusun iqtisadiyyata təsiri bir neçə həftə davam edəcək, daha sonra isə tədricən azalacaq. Çinlə yanaşı, digər Asiya-Sakit Okean ölkələrində də iqtisadi artımın zəifləyəcəyi, xüsusilə də ticarət və turizm sektorlarında mənfi tendensiyanın yaşanacağı ehtimal edilir.