Vergilərin azalması və iqtisadiyyatın yavaşlaması növbəti on ildə ABŞ-ın maliyyə gücünü çökdürəcək.

“Report” “Yahoo! Finance” portalına istinadən xəbər verir ki, bu barədə “Moody’s Investor Service”in hesabatında deyilir.

Agentliyin hesabatına görə, 2018-ci ilin ikinci rübündə ABŞ iqtisadiyyatı4,2% artıb. Bu, 2014-cü ildən bəri ən yaxşı göstəricidir. Ancaq iqtisadi artımın əvvəlcə 2,9%-ə, sonra isə 0,9%-ə qədər azalacağı gözlənilir.

“Moody’s” əlavə edir ki, 2017-ci ildə federal büdcə kəsiri ÜDM-in 3,5%-ni təşkil edib. Bu il isə bu göstərici 3,8%-dək (779 milyard dollar) artıb. 2028-ci ilə qədər onun 8%-ə qədər artacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, korporativ vergi dərəcəsinin 35%-dən 20%-dək azalması nəticəsində biznesdən vergi daxilolmaları 31% azalıb.