Keçən həftə İsrailin ölkənin kredit reytinqini aşağı saldıqdan sonra Moody’s bu gün İsrail bankları üçün reytinq qiymətləndirməsi edib.

Marja.az xəbər verir ki, kredit reytinqi agentliyinin yaydığı açıqlamada İsrailin beş bankının uzun və qısamüddətli depozit-kredit reytinqinin  aşağı salındığı, reytinq proqnozunun isə mənfi olduğu bildirilib.

Açıqlamada, reytinqi aşağı salınan banklar “Bank Leumi Le-Israel”, “Bank Hapoalim”, “Mizrahi Tefahot Bank”, “Israel Discount Bank” və “First International Bank of Israel” kimi qeyd edilib.

Bildirilib ki, davam edən münaqişələr ilə əlaqədar olaraq banklar ciddi təsirlərə məruz qala bilər.

Moody’s fevralın 9-da İsrailin kredit reytinqini “A1″dən “A2″yə endirib və kredit reytinqinin proqnozunu mənfiyə dəyişib.