2015-ci ilin nəticələrinə görə, Rusiyada mobil onlayn oyunlar bazarının həcmi 20 faiz artaraq 10,6 milyard rubl və ya 166 milyon 420 milyon dollara çatıb.
İKT.lent.az “gazeta.ru” saytına istinadən bildirir ki, bu barədə “Mail.Ru Group” şirkətinin apardığı araşdırmadan məlum olub.
Rusiya onlayn oyunlar bazarının həcmi isə 51,9 milyard rubl və ya 814 milyon 830 min dollar təşkil edib. Bununla belə, mobil oyunlar bu bazarın beşdə birini, sosial oyunlar isə 24 faizini təşkil edir.
Onlayn oyunlar arasında lider çoxistifadəçili oyunlardır. Bu oyunlar bazarın böyük hissəsini – 55-56 faizini tuturlar. Pul baxımından bu seqment 29 milyard rubla və ya 455 milyon 300 min dollara çatıb.
“Mail.Ru Group” şirkətinin çoxistifadəçili oyunlardan gəlirləri 2015-ci ildə 6,3 faiz artıb. Bununla belə, bu ilin ikinci yarım illiyində ötən ilin analoji dövrü ilə müqayisədə gəlirin artımı 10,9 faiz təşkil edib.