Belarusda sürücülər üçün avtomobili tərk etmədən bank kartından istifadə etməklə ödənişlər həyata keçirmək və ya pul vəsaiti çıxarmaq imkanı verən ilk bankomat quraşdırılıb.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, Minskdə “Şərq” avtovağzalının yaxınlığında “Belarusbank” tərəfindən quraşdırılan bankomat sutkada 24 saat işləyir. Bankomatdan mobil rabitə operatorları xidmətləri üçün ödəniş etmək də mümkündür.