Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) İnformasiya Sistemlərinin kibertəhdidlərdən qorunması məqsədilə təhlükəsizlik avadanlıqlarının satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

APA-Economics”in “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, MHM-nin elan etdiyi tenderin qalibi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC seçilib. Şirkətlə ümumi dəyəri 180 min manatdan çox olan müqavilə imzalanıb.