Dünya avtomobil sənayesinin liderlərindən olan “Mercedes-Benz” şirkəti noutbuk istehsal etməyə başlayıb. Artıq “VAİO Z” noutbuklarının Yaponiyada satışına başlanıb.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, cihaz “Microsoft Windows 10” əməliyyat sistemi ilə fəaliyyət göstərir. 13,3 diaqonallı ekrana, sensor səthə malikdir.

Yeni məhsulun üzərində “Mercedes-Benz”in simvolu və loqotipi var. Noutbukun klaviaturası göy rəngli işıqlandırma ilə çalışır. Noutbuk “Core i5” və ya “Core i7” seriyasından olan “İntel” prosessoru ilə təchiz edilib. Əməliyyat yaddaşı 8 GB, yaddaş kartı 256 GB təşkil edir.

“Mercedes-Benz” portativ “VAİO Z” kompüterinin qiyməti 2230 ABŞ dollarıdır.