Mercedes-Benz brendinin Azərbaycanda minik avtomobilləri üzrə yeganə rəsmi dileri olan AutoStar Kaukasus Şirkətinin bildirdiyi məlumata görə, manatın devalvasiyasına baxmayaraq, Şirkətin anbarında mövcud olan ehtiyyat hissələrinin, eləcə də işçilik haqqlarının qiymətlərində hazırda heç bir dəyişiklik baş verməmişdir.

Bu barədə “Marja”ya şirkətdən bildirilib.