69a827aaf6ebfed7937cda9535ec33f8

Çinin “Meizu” şirkəti 2016-cı ildə rekord sayda – 22 milyon ədəd smartfon tədarük edib.

“Playfuldroid” nəşrinin məlumatına görə, bu barədə “Meizu” şirkətinin keçirdiyi mətbuat konfransında bildirilib.

Şirkət nümayəndələri qeyd ediblər ki, smartfonların 10 faizi Çindən kənara göndərilib.

 

2017-ci ildə isə şirkət ötən ilki nəticəni daha da yaxşılaşdırmağı və yeni bazarlara çıxış əldə etməyi planlaşdırır. Şəbəkəyə sızmış qrafikə əsasən, bu il “Meizu” şirkəti 6 yeni smartfon istehsal etmək niyyətindədir. 2017-ci ilin sonunda “Meizu M” modelinin yeni nümayəndəsi istehsal olunacaq ki, bu smartfon da “Qualcomm” şirkətinin istehsalı olan bir kristallı sistemlə təchiz ediləcək.

lent.az