Dollar bugün bütün valyutaları ucuzlaşdırıb. Dünya bazarında qeydə alınan ucuzlaşma faizləri isə kifayət qədər böyükdür. İlk növbədə ingilis funtu 0,86% dəyərdən düşüb. Azərbaycan manatı isə 0,11% düşüb.
Fins.az xəbər verir ki, qlobal bazar üzrə göstəricilərə görə, bugün manatın dollarla olan münasibətində 0,11% ucuzlaşma qeydə alındığından dünya bazarında rəsmi məzənnə 1.7220-dir. Neftin ucuzlaşması ilə parallel inkişaf edən rus rublu da qlobal birjalarda cəmi 0,3% ucuzlaşıb və 57.051 məzənnəsi ilə ticarət olunur. Avro isə dünənki sürətli bahalaşmadan sonra sürətli eniş göstərib. 0,46% düşən Avropa pulu hazırda 1.0814 məzənnəsi ilə ticarət olunur. Funt isə 1.245-ə mübadilə olunur.
Fond indekslərinin düşmə tendensiyası əksinə istiqamət göstərib. Bütün indekslərin qiymətində artım müşahidə olunur. Bahalaşma isə 0,7% həddindədir.S&P 500 indeksinin qiyməti indi 2358.57 dollara ticarət olunur. Qızılın bahalaşma tempi isə dayanıb və hazırda 1258.8-ə satılır.