Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 660,8 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 0,1 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,4 %, son 1 ildə isə 26,9 % artıb.