Bu gün martın 29-da Bakı Fond Birjasında Mərkəzi Bankın ümumi həcmi 50 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür.

Hərrac zamanı 4 investordan 4 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,424,000 manat olub.

Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8772 AZN (14.5999%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 manat (14.9945%), orta ölçülmüş qiyməti – 98.8494 manat (14.9656%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 29.03.2017 (t+0) tarixində həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 33,424,000 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 26.04.2017-ci ildir.