Oktyabrın 3-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 79 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.