Kaliforniya federal məhkəməsi amerikalı sahibkar İlon Maskın “Twitter” (indiki “X”) sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının araşdırması çərçivəsində ifadə verməsini tələb edən qərarını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, buna səbəb hakimin işin bütün hüquqi tərəflərini nəzərə almayan səhvi olub. Bununla bağlı məhkəmə Maskın ifadəsi ilə bağlı mövqeyini məsləhət xarakterli olaraq dəyişib və işin özü də rayon hakiminin ixtiyarına verilib.

Qeyd edək ki, 2022-ci il oktyabrında Musk “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağladı. Ötən ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı məhkəməyə verdi və onu ifadə verməyə məcbur etdi.