Çin hökuməti emissiya etdiyi avrobondlar ilə mənfi faiz ilə borclanan ölkələr arasında yerini tutub.

Çin ilk mənfi faizli istiqrazını emissiya edib.

Çin Maliyyə Nazirliyinin təşkil etdiyi hərracda 4 milyard avro ətrafında beş, on, on beş illik istiqrazlar yerləşdirilib.

Marja Bloombergə istinadən xəbər verir ki, beş illik 750 milyon avro dəyərindəki istiqraz -0.125 faiz təklifini alıb. Bu, Çin tarixində emissiya edilən ilk mənfi faizli istiqraz olub.

Ölkənin daxili borclanma xərci artarkən mənfi faizli belə bir emissiya bazarları çaşdırıb. Çinin yuanında ifadə olunmuş hökumət istiqrazlarının  faizi hazırda 3.35% ilə son 18 ayın ən yüksək səviyyəsindədir.