Kreditplaza.az saytı The Baltic Course nəşrinə istinadən xəbər verir ki, Latviya hökuməti çərşənbə axşamı vergi və rüsumlar barədə qanuna düzəlişlər edib, onlara əsasən, heç bir təsərrüfat fəaliyyəti aparmayan fiziki şəxslərə nağd pulla 7200 €-dən çox alqı-satqı qadağan ediləcək.
Düzəlişlər 2017-cu il yanvarın 1-dən qüvvəyə minir.
Məhdudiyyətlər, dələduzluğu azaltmaq üçün ölkənin Maliyyə Nazirliyinin nağdsız hesablaşmaların daha fəal istifadəsi və qanunsuz vəsaitlərin leqallaşdırılması səylərinin nəticəsi olub.
Nazirliyin nümayəndələri bu həftə cərimənin məbləği dəqiqləşdirmək və tətbiq ediləcək obyektlərinin dairəsini genişləndirmək üçün mühasiblər assosiasiyası ilə görüşəcək.
Latviyanın Maliyyə Nazirliyi hesab edir ki, məhz məhdudiyyətsiz nağd hesablaşmalar kölgə iqtisadiyyatına kömək edir, çünki bu sövdələşməni izləmək demək olar ki, mümkün deyil. İqtisadiyyatın bu tipi düzgün olmayan rəqabət yaradır və bazarı təhrif edir, çünki kölgə iqtisadiyyatının iştirakçıları vergi ödəmirlər, bununla da digər bazar oyunçuları qarşısında üstünlük əldə edirlər.