Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus əmlakların icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirəcək.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərrac mayın 23-də baş tutacaq.

 

Hərrac ləğv prosesində olan “Atrabank” ASC-yə və “Zaminbank” ASC-yə məxsus qeyri-yaşayış binası və qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilir.