2013-cü ildən fəaliyyət göstərən “Koton Mağazaçılıq” MMC fəaliyyətini dayandırıb.

 

“Marja” xəbər verir ki, MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 87, mənzil 63 ünvanına bildirə bilərlər.

 

7850 manat nizamnamə kapitalı olan “Koton Mağazaçılıq” MMC-nin qanuni təmsilçisi Şeyh Şamil Çağlardır.

 

“Koton” Türkiyənin qabaqcıl moda və geyim markasıdır. Marka “Koton Mağazacılık Tekstil Ticaret ve Sanayi A.Ş.” yə məxsusdur.