Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır.

 

Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

 

“Lakin stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq”, – deyə məlumatda qeyd olunur.