SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, ötən il ölkədən 31 milyon 238 min ton xam neft ixrac edilib. İl ərzində göndərilən neftin dəyəri isə 14 milyard 447,1 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.