Ant Group-un səhmlərinin ilkin kütləvi təklifinin (İPO) tənzimləyici qurumlar tərəfindən qarşısının alınmasından sonra uzun zamandır gözlər önündə olmayan Jack Ma bir tədbirdə yenidən görünüb.

Marja xəbər verir ki, Alibaba səhmləri də Manın görünməsilə bahalaşıb.

Alibaba-ya açılan cinayət işindən sonra uzun zamandır gözlər önündə olamyan Jack Ma, aylar sonra ilk dəfə xalqın qarşısına çıxıb.

Mövzu ilə əlaqədar məlumat sahibi mənbələrə görə, Çinin ən tanınmış iş adamlarından biri olan Ma, kəndlərdəki müəllimlərə canlı yayın açaraq bir çıxış reallaşdırıb. Onlayn olaraq reallaşdırılan çıxışında Ma bundan sonra zamanının daha böyük bir hissəsini xeyriyyəçiliyə ayıracağını söyləyib.

Manın yenidən görünməsinin ardından Alibaba şirkətinin səhmləri 4%-dən çox bahalaşıb. Alibaba ve Ant Group şirkətlərinin idarəçisi olan Jack Ma, Çinin rəsmi qurumlarının Ant Group-ın səhm satışına mane olduqdan sonra Noyabr ayının əvvəlindən bəri heç bir yerdə görünməmişdi.