Bu vaxtadək İsveçrə Azərbaycan iqtisadiyyatına 861 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev oktyabrın 21-də Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.

“Bu investisiyaların 794 milyon dolları qeyri-neft sektoruna, 66 milyon dolları neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə İsveçrə iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyulub ki, bunun da 1,9 milyard dolları neft sektorunun, 760 milyon dolları qeyri-neft sektorunun payına düşür”, – deyə Y.Abdullayev bildirib.