İsveçrədə yerləşən “Pictet” adlı bankın amerikalı vergi ödəyicilərinə aktivlərini və gəlirlərini ofşor hesablarda gizlətmələrinə kömək etdiyinə görə təxminən 123 milyon dollar cərimə ödəyəcəyi bildirilir.
İsveçrənin “Pictet” adlı bankı ofşor hesablardakı aktiv və gəlirlərini gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyini etiraf edib.
Marja.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Bankın İsveçrə və başqa yerlərdəki 1637 gizli bank hesabında 5,6 milyard dollardan çox aktivləri və bu hesablardan əldə edilən gəlirləri ABŞ Daxili Gəlir Xidmətindən (IRS) gizlətmək üçün ABŞ-ın vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyi bildirilib.
Açıqlamada, İsveçrədə və başqa yerlərdə bankda hesabı olan amerikalı vergi ödəyicilərinin 2008-2014-cü illər arasında təxminən 50,6 milyon dollar vergidən yayındığı qeyd edilib.
“Pictet” qanun pozuntusunu etiraf edib və ABŞ Xəzinədarlığına təxminən 123 milyon dollar ödəməyi qəbul edib.