2024-cü ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 5,6 milyard manat olmaqla 2023-cü ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 3,8% artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq 5,4 milyard manata bərabər olmuş, onun 47,1%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 548,6 manat və ya 2023-cü ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 25,1 manat çox vəsait xərclənib.