Hazırda İspaniyada elektromobillərə enerji yüklənməsi üçün 3856 stansiya mövcuddur. Bu siyahıda Fransa (6899 stansiya), Almaniya (5546 stansiya), Hollandiya (5225 stansiya) İspaniyanı geridə qoyublar.

AZƏRTAC xəbər verir ki, bu göstərici üzrə 17143 stansiya ilə Amerika Birləşmiş Ştatları şəksiz dünya lideridir.

İspaniya muxtariyyətləri arasında elektromobillərə enerji yükləmə məntəqələrinin sayına görə Kataloniya liderdir. Burada 939 məntəqə fəaliyyət göstərir. Bunlardan 641-i Barselonada yerləşir. İkinci yerdə Madrid (453 məntəqə), üçüncü yerdə isə Balear adaları (401 məntəqə) qərarlaşıb.