İrlandiyanın adı açıqlanmayan sakini ölkə tarixində ən böyük lotereya uduşunun qalibi olub.

Trend-in məlumatına görə, bu barədə Milli Lotereyanın rəsmi nümayəndəsi Miriam Donoxyu açıqlama verib. Onun sözlərinə görə, rekord uduş məbləği 175 milyon avrodan çoxdur.

Rəsmi nümayəndə bu uduşun sahibinə şok yaşadacağını deyib.