Washington İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa hazırlaşarkən Tehran rəhbərliyi ABŞ istehsalı 227 məhsulun idxalına qadağa qoydu.
Kreditplaza.az saytı “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, İran Ticarət Nazirliyi saqqız, siqaret, CD, DVD, çay və ofis avadanlıqları da daxil olmaqla 227 məhsulun idxalının qadağan edilməsinə qərar verdi.
Qərar, İranın Ali dini lideri Ayətullah Əli Xomeyninin ‘ABŞ məhsullarının idxalının qadağan edilməsi’ təlimatının dərhal ardından verilmişdir.
Ancaq ABŞ istehsalı məhsullar uzun illərdir müəyyən vasitələrlə İran bazarına girə bilir. Bunun ən böyük iki nümunəsi kimi Coca-Cola və Pepsini göstərə bilərik. Hər iki marka İrandakı marketlərdə satılır.