01 iyul 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649  milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Bu barədə  Maliyyə Nazirliyindən bildirilib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xəbər verildiyi kimi, 2019-cu il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 8 milyard 927,1 milyon təşkil etmişdi. Beləliklə, cari ilin 1-ci yarısında xarici borc 0,1% azalıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

@Marja