“iPhone X” smartfonunun qiyməti Rusiyada satışa başladığı qiymətlə müqayisədə təxminən 20 min rubl və ya 602 manat ucuzlaşıb.

İKT.lent.az-ın “riafan.ru” saytına istinadən məlumatına görə, hazırda ötən ilin ən bahalı cihazlarından birini 64 min rubla və ya 1 926 manata əldə etmək mümkündür.

Xatırladaq ki, 64 GB yaddaşa malik “iPhone X”un baza modelinin qiyməti satışa başlanılan zaman 80 min rubl və ya 2 408 manat təşkil edirdi. Smartfonun ən bahalı versiyası isə 92 min rubl və ya 2 769 manat qiymətləndirilirdi. Hazırda onu cəmi 70 min rubla və ya 2 107 manata əldə etmək mümkündür.

Bununla belə, rəsmi riyelterlər tərəfindən verilən 1 il zəmanət müddəti də saxlanılır.

“iPhone 7” smartfonlarının qiyməti isə 40 faiz düşüb. Rusiya mağazalarında bu smartfonu 35 min rubla və ya 1 053 manata əldə etmək mümkündür. Onun ilkin qiyməti isə 57 min rubl və ya 1 716 manat təşkil edirdi. İstisna edilmir ki, “Apple” məhsullarının ucuzlaşmasına səbəb smartfon ətrafında istehlakçı ajiotajının azalması olub.